EN

"Azəriqaz” bayramda gücləndirilmiş rejimində işləyəcək

Bakı. Trend:

Bayram günləri ilə əlaqədar “Azəriqaz” İB qeyri-iş günlərindəgücləndirilmiş iş rejiminə keçəcək.

Trend xəbərverir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Birliyin Bakı Regional Qazın SatışıDepartamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətlərişöbəsi və Sumqayıt QİS-in Müştəri xidməti şöbəsi 20-31 marttarixlərində saat 10:00-dan 16:00-kimi fəaliyyət göstərəcək. XidmətSabunçu, Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkilolunacaq. Həmçinin 20-24 və 29-31 mart tarixlərində BRQSD-nın vəSumqayıt QİS-in inzibati binalarında da vətəndaşlara xidmətgöstəriləcək.

“ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində isə 20-24 və29-31 mart tarixləri qeyri-iş günüdür. Mərkəzlərdə 25-28 marttarixlərində vətəndaşlara xidmət göstəriləcək.

Abonentlərin nəzərinə çatdırılıb ki, qaz təchizatında yaranabiləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 ÇağrıMərkəzinə zəng edə və ya (+99477) 3 104 104 saylı daim aktivrejimdə çalışan “Whatsapp” nömrəsinə də mesajlarını göndərəbilərlər.

Məqalədə:
Chosen
2
15
az.trend.az

10Sources