“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya millisinə qayıda bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Yığmanın məşqçilər korpusu DÇ-2026 üçün 39 yaşlı qolkiperi milliyə dəvət etməyi nəzərdən keçirir.
Noyerin qayıdışı “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin durumundan asılı olacaq. Qapıçı performansını artırmasa, Noyer üçün dəvət gələcək.
Manuel 2024-cü ildə yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.