EN

Vahid Ələkbərov bu xəbərləri təkzib etdi

Azərbaycanəsilli rusiyalı iş adamı və “Lukoil” şirkətinin əsas səhmdarı Vahid Ələkbərov “М.Видео” biznesini almağı planlaşdırmır.

Yenicag.az xəbər verir ki, bu barədə o, TASS-a açıqlamasında deyib.

İş adamı barəsində yayılan xəbərləri təkzib edib və  ticarət şəbəkəsinin onun üçün maraqlı olmadığını açıqlayıb.

Qeyd edək ki, “М.Видео” Eldorado brendlərini birləşdirən Rusiyanın aparıcı e-ticarət və istehlakçı elektron ticarət şəbəkəsidir. Rusiya KİV-lərində Ələkbərovun “М.Видео” biznesini aldığı bildirilmişdi.

Chosen
30
2
yenicag.az

10Sources