Azərbaycanəsilli rusiyalı iş adamı və “Lukoil” şirkətinin əsas səhmdarı Vahid Ələkbərov “М.Видео” biznesini almağı planlaşdırmır.
Yenicag.az xəbər verir ki, bu barədə o, TASS-a açıqlamasında deyib.
İş adamı barəsində yayılan xəbərləri təkzib edib və ticarət şəbəkəsinin onun üçün maraqlı olmadığını açıqlayıb.
Qeyd edək ki, “М.Видео” Eldorado brendlərini birləşdirən Rusiyanın aparıcı e-ticarət və istehlakçı elektron ticarət şəbəkəsidir. Rusiya KİV-lərində Ələkbərovun “М.Видео” biznesini aldığı bildirilmişdi.