EN

Süni intellekt üzrə standartlaşdırma tətbiq ediləcək

Azərbaycanda süni intellekt üzrə standartlaşdırma tətbiq ediləcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyasında öz əksini tapıb.

Strategiyaya əsasən, standartlaşdırmanın tətbiq edilməsi 2025-2028-ci illər ərzində nəzərdə tutulub.

Əsas icraçı qurum olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər icraçı qurumlar isə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti müəyyən edilib.

İlkin olaraq standartlaşdırma üzrə beynəlxalq təşkilatın süni intellekt standartlarının araşdırılması aparılacaq, daha sonra süni intellekt üzrə ən azı 3 dövlət standartının hazırlanması, standartlaşdırma üzrə dövlət fonduna və dövlət reyestrinə daxil edilmək üçün təqdim olunacaq, sonda isə süni intellekt üzrə təsdiq olunmuş dövlət standartları haqqında geniş ictimai maarifləndirmə və məlumatlandırma tədbirləri görüləcək.

Chosen
15
4
day.az

10Sources