Avropa Parlamentinin sədri Roberta Metsola ABŞ ilə artan gərginlik fonunda Avropa İttifaqını genişlənməyə çağırıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Euractiv" portalına müsahibəsində bildirib.
Metsola, hazırda Vaşinqtonun dünyada nüfuzunun azaldığı üçün Aİ-nin genişlənməsi barədə fikir bildirib.
AP prezidenti Avropa Birliyinin mümkün genişlənməsini “geosiyasi zərurət” adlandırıb.
Onun sözlərinə görə, birdən-birə Ukraynanı, Moldovanı və Qərbi Balkan ölkələrini qəbul etmək mümkün olmasa, o zaman boşluğu başqaları dolduracaq.