EN

İstanbulda 4 günlük QADAĞA

İstanbul Valiliyi 19-23 mart tarixlərində şəhərdə bütün toplantı, nümayiş və mətbuat açıqlamalarına qadağa qoyub. Qərarın məqsədi ictimai asayişin qorunması və mümkün təxribatların qarşısının alınmasıdır.

Yenisabah.az xəbər verir ki, bu müddət ərzində bəzi metro stansiyaları bağlanacaq, bir sıra yollar nəqliyyat üçün qapadılacaq və alternativ marşrutlar müəyyən ediləcək.

Bağlanacaq metro stansiyaları:

  • M1A Yenikapı - Atatürk Hava Limanı və M1B Yenikapı - Kirazlı xəttinin Emniyet-Fatih stansiyası
  • M2 Yenikapı - Hacıosman xəttinin Taksim stansiyası

Nəqliyyata bağlanacaq əsas yollar:

  • Adnan Menderes Bulvarı (Vatan Caddesi) və ona çıxan bütün yollar
  • Akşəmsəddin Caddesi, Kocasinan Caddesi, Mütercim Asım Caddesi, Oğuzhan Caddesi, Akdeniz Caddesi və digər bəzi küçələr

Alternativ marşrutlar:

  • Turgut Özal Bulvarı
  • Atatürk Bulvarı
  • Fevzi Paşa Caddesi
  • D-100 yolu

Qadağalar 23 mart tarixinədək qüvvədə olacaq. Şəhərdə hərəkət edənlərin öncədən planlama aparmaları tövsiyə olunur.


Telegram kanalımız
Chosen
6
1
yenisabah.az

2Sources