İstanbul Valiliyi 19-23 mart tarixlərində şəhərdə bütün toplantı, nümayiş və mətbuat açıqlamalarına qadağa qoyub. Qərarın məqsədi ictimai asayişin qorunması və mümkün təxribatların qarşısının alınmasıdır.
Yenisabah.az xəbər verir ki, bu müddət ərzində bəzi metro stansiyaları bağlanacaq, bir sıra yollar nəqliyyat üçün qapadılacaq və alternativ marşrutlar müəyyən ediləcək.
Bağlanacaq metro stansiyaları:
- M1A Yenikapı - Atatürk Hava Limanı və M1B Yenikapı - Kirazlı xəttinin Emniyet-Fatih stansiyası
- M2 Yenikapı - Hacıosman xəttinin Taksim stansiyası
Nəqliyyata bağlanacaq əsas yollar:
- Adnan Menderes Bulvarı (Vatan Caddesi) və ona çıxan bütün yollar
- Akşəmsəddin Caddesi, Kocasinan Caddesi, Mütercim Asım Caddesi, Oğuzhan Caddesi, Akdeniz Caddesi və digər bəzi küçələr
Alternativ marşrutlar:
- Turgut Özal Bulvarı
- Atatürk Bulvarı
- Fevzi Paşa Caddesi
- D-100 yolu
Qadağalar 23 mart tarixinədək qüvvədə olacaq. Şəhərdə hərəkət edənlərin öncədən planlama aparmaları tövsiyə olunur.
Telegram kanalımız