EN

Həsənriz sakini: İndi bu torpaqlarda azan səsi ucalır, iftar süfrələri qurulur

Ağdərə, 19 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Dünən bizim üçün çox əlamətdar oldu. Həm doğma torpaqda İlaxır çərşənbəni qeyd etdik, həm də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bizimlə görüşdülər, Novruz tonqalını alovlandırdılar. Bu, sözlə ifadəsi olmayan bir qürurverici hissdir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdərə rayonunun Həsənriz kənd sakini Nərmin Abdullayeva deyib.

“Həsənriz kəndinə üç övladım və həyat yoldaşımla birgə köçmüşük. Çox xoşbəxtik. Prezidentimizin, Ordumuzun sayəsində yenidən bu torpaqlara qovuşmuşuq. İndi bu torpaqlarda azan səsi ucalır, iftar süfrələri qurulur. Allah bu günləri bizə yaşadan şəhidlərə rəhmət eləsin, qazilərə cansağlığı versin”, - deyə N.Abdullayeva bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.

Chosen
27
azertag.az

1Sources