EN

Polis Binəqədi və Yasamal rayonlarında silah-sursat aşkarladı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində 2 avtomat silahı, 2 patron darağı və 3 patron tapılaraq götürülüb. Həmçinin Yasamal rayonu ərazisində 4 vətəndaş 4 avtomat silahı, 4 patron darağı və 173 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırmalar aparılır.

Chosen
53
4
avtosfer.az

10Sources