EN

Almaniyanın müdafiə naziri Putinin tələbini rədd edib

Hurriyyet.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius RF Prezidenti Vladimir Putinin tələbini rədd edib.

Nazir bəyan edib ki, Rusiyanın Qərbdən Ukraynaya hərbi və kəşfiyyat dəstəyini dayandırmaq tələbi "qəbuledilməzdir".

“The Guardian” nəşrinin məlumatına görə, Pistorius qeyd edib ki, Vladimir Putinin Donald Trampla telefon danışığından sonrakı ilk gecədə Ukraynanın mülki infrastrukturuna hücumlar səngiməyib.

Nazir vurğulayıb ki, Moskva Kiyevi özünü müdafiə imkanından məhrum etməyə çalışır və müttəfiqlərinin Ukraynaya gələcək dəstəyinin qarşısını alır. Onun sözlərinə görə, Kreml sülhün “əsas şərti” kimi Ukrayna Silahlı Qüvvələrinə hərbi yardımın dayandırılmasını tələb etməklə Qərbin qətiyyətini sarsıtmağa çalışır.

Hürr Tərcüman

 

Chosen
10
hurriyyet.az

1Sources