Beynəlxalq Olimpiya Komitəsinin (BOK) kommersiya gəlirləri son 12 ildə 60 faiz artıb.
İdman.biz xəbər verir ki, BOK-un qazancı 7,7 milyard dollara çatıb.
Bu barədə qurumun hazırkı rəhbəri Tomas Bax məlumat verib.
Bildirilir ki, 2021-ci ildən 2024-cü ilə kimi BOK-un kommersiya fəaliyyətindən əldə etdiyi gəlir 7,7 milyard dollar təşkil edib və 2017-2020-ci illəri əhatə edən əvvəlki dövrlə (6,9 milyard) müqayisədə artıb. 2009-2012-ci illər arasında isə BOK-un gəlirləri 4,8 milyard dollar təşkil edib.
Qeyd edək ki, 71 yaşlı Bax 2013-cü ildə BOK-un prezidenti seçilib və bu il vəzifəsini tərk edəcək.
İdman.biz