EN

CHP-li deputatlar TBMM-də etiraz aksiyası KEÇİRDİLƏR - VİDEO

Türkiyə Böyük Millət Məclisində (TBMM) Cümhuriyyət Halk Partiyasından (CHP) olan deputatlar İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun saxlanılması ilə əlaqədar etiraz aksiyası keçiriblər.

Bizim.Media xəbər verir ki, CHP-nin parlament qrupunun sədr müavini Əli Mahir Başarırın məsələ ilə bağlı çıxışından sonra millər vəkilləri kürsüyə çıxaraq, “Ədalət, qanun, haqq”, “Birləşərək qalib gələcəyik” şüarları səsləndiriblər.

Qeyd edək ki, İstanbul bələdiyyə sədri və Türkiyə müxalifətinin lideri Əkrəm İmamoğlu səhər saatlarında saxlanılıb.
 

İstanbul Baş Prokurorluğunun apardığı genişmiqyaslı araşdırmanın əsasını İstanbul Bələdiyyəsinə məxsus media şirkəti Medya A.Ş.-nin tender proseslərində yol verdiyi qanunsuzluqlar təşkil edir.


İddalara görə, bu tenderlər zamanı cəmiyyətə zərər dəyib. Həmçinin 2024-cü ilin seçkilərində “Şəhər Konsensusu”nun Xalq Bərabərliyi və Demokratiya Partiyası vasitəsilə PKK ilə əlaqəsi üzə çıxıb.


Bizim.Media

Chosen
17
22
bizim.media

10Sources