Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilk yoxlama görüşünü keçirib.
Arena.az xəbər verir ki, U-19 millimiz Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun 0:0 hesablı heç-heçə başa çatıb.
Qeyd edək ki, bu komandalar martın 22-də daha bir yoxlama matçında üz-üzə gələcəklər.