AZ

U-19 millimizdən Moldova yığması ilə heç-heçə

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilk yoxlama görüşünü keçirib.

Arena.az xəbər verir ki, U-19 millimiz Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun 0:0 hesablı heç-heçə başa çatıb.

Qeyd edək ki, bu komandalar martın 22-də daha bir yoxlama matçında üz-üzə gələcəklər.

Seçilən
1
6
arena.az

9Mənbələr