21 yaşadək karate üzrə Azərbaycan yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.
Azərbaycan Karate Federasiyasından Referans.az-a verilən məlunata görə, bu vəzifəyə Elnur İbrahim təyin edilib.
Qeyd edək ki, Elnur İbrahim bundan öncə 2002-2009-cu illərdə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının baş məşqçisi, 2009-cu ildən 2024-cü ilə qədər Küveyt Karate Federasiyasının böyüklərdən ibarət yığmasının baş məşqçisi vəzifələrində çalışıb./teleqraf