Azərbaycanın gənclərdən ibarət karate millisinin yeni baş məşqçisi açıqlanıb.
Rekord.az xəbər verir ki, Elnur İbrahim millinin çalışdırıcısı vəzifəsinə təyin edilib.
Elnur İbrahim bundan öncə 2002-2009-cu illərdə Azərbaycanən yeniyetmə və gənclərdən ibarət yığma komandasının baş məşqçisi, 2009-cu ildən 2024-cü ilə qədər Küveyt Karate Federasiyasının böyüklərdən ibarət yığmasının baş məşqçisi vəzifələrində çalışıb.