EN

Naqelsmann: "İtaliyaya qalib gəlmək çox çətin olacaq"

style='margin-bottom:10px;'>

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Millətlər Liqasının 1/4 finalında İtaliyaya qarşı keçiriləcək ilk oyun haqda danışıb.

QOL.az xəbər verir ki, o, görüşün çox çətin olacağını deyib: 

"Bütün oyunçuların nə edəcəyini bilməsi vacibdir. Qalib gəlmək çox çətin olacaq. Yaxşı müdafiə olunmaq, yaxşı kombinasiya vacibdir. Bəzi matçlarda alınmayıb. Amma bu, hazırda bizim planımızdır. Bazar günü Dortmundda istədiyimizi etməyə çalışacağıq".

Xatırladaq ki, İtaliya - Almaniya oyunu sabah, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Chosen
17
teleqraf.com

1Sources