AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 27-ci turunda qeydə alınmış qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
“Kəpəz” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ”1500 manat cərimə edilsin (maddə 52.2);
“Sabah” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” 500 manat cərimə edilsin (maddə 70.1);