ABŞ prezidenti Donald Tramp 2025-ci ildə Çinin prezidenti Si Cinpinlə görüşə biləcəyini təklif edib.
APA xəbər verir ki, bu haqda o “Fox News”a açıqlaması zamanı deyib.
"Bəli, bəlkə də. Demək istəyirəm ki, Si Cinpinlə zirvə görüşünə qarşı olmazdım", - o bildirib.
Tramp həmçinin xatırladıb ki, aprelin 2-də ABŞ Çin və digər ölkələrə qarşı idxal rüsumlarını tətbiq etməyə başlayacaq.
“Çin də, digər ölkələr də rüsumları ödəyəcək. Mən 2 aprel tarixinə Amerikanın azadlığı deyirəm. Biz o kök, axmaq, sadəlövh ölkə idik ki, dostlarımız da daxil olmaqla, hamının bizi üzməsinə icazə verirdik”, - o deyib.