EN

Papadan xəbər var

Fevralın 14-dən sətəlcəmdən müalicə olunan Papa Fransiskin vəziyyəti yaxşılaşmağa davam edir. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, ona maska ​​vasitəsilə süni ventilyasiya verilməsi dayandırılıb. "Kritik olaraq xarakterizə edilən Papanın vəziyyəti yaxşılaşmağa davam edir. Tənəffüs və hərəkət fizioterapiyası öz bəhrəsini verir", - deyə pontifiki müalicə edən həkimlər bildiriblər. 88 yaşlı Papa Fransiskin mümkün evə buraxılma vaxtı barədə isə məlumat verilməyib.

Chosen
0
1
sia.az

2Sources