EN

İstanbulda İmamoğlunun saxlanılmasına etiraz...-VİDEO/FOTO

Ötən gün İstanbul Universiteti tərəfindən diplomu ləğv edilən və bu gün saxlanılan İstanbul meri Əkrəm İmamoğluya görə ali təhsil müəssisəsinin binası qarşısında etiraz aksiyası keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sözügedən universitetdə təhsil alan tələbələr İmamoğlunun saxlanılması barədə qərara etiraz ediblər.

 

Aksiyada Boğaziçi Universiteti, Yıldız Texniki Universiteti və İstanbul Texniki Universitetinin tələbələri də iştirak ediblər.

 

Tələbələr daha sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin yerləşdiyi Saraçhaneyə doğru yürüşə başlayıblar.

 

Etiraz aksiyasından görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Həmin görüntüləri təqdim edirik:


 

Chosen
1
1
senzor.az

2Sources