Astara Rayon Məhkəməsinin hökmünə əsasən, yük maşını ilə ağır qəza törətmiş 37 yaşlı Peyman Ruşanova 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinən sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkməsi və bundan sonra 1 il 6 ay müddətə sürücülük hüququnun məhdudlaşdırılması da hökmdə qeyd edilib.
Qeyd edək ki, Nazim Baxşiyev 6 uşaq atası olub. Fəhləlik edərək ailəsini dolandıran Nazimin həyat yoldaşı 4 il bundan əvvəl xəstəlik səbəbindən vəfat edib. Məktəbli və azyaşlı uşaqlarına isə N. Baxşiyev özü tək baxırmış.