EN

Beynəlxalq Olimpiya Komitəsinin yeni prezidenti qadın oldu

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidenti Zimbabvenin idman naziri və çoxqat Olimpiya çempionu Kirsti Koventri seçilib


News365.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.


Bildirilib ki, Koventri təşkilat üzvlərinin gizli səsverməsində əksəriyyətin dəstəyini qazanaraq, BOK-a rəhbərlik edən ilk qadın olub.


2013-cü ildən BOK-un prezidenti olan Tomas Bax bu yay vəzifəsindən ayrılacaq. Yeni prezident isə 24 iyun 2025-ci ildə səlahiyyətlərinin icrasına başlayacaq.

Chosen
10
4
news365.az

10Sources