Bu gün Yunanıstanda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 144-cü sesiyasında keçirilən prezident seçkilərinin sesverməsinin nəticələri bəlli olub.
İdman.biz xəbər verir ki, Kirsti Koventri ilk mərhələdə qələbəni özü ümün təmin edib.
O, 97 səsdən 49-nu toplayıb. Bununla da zimbabveli keçmiş üzgüçü quruma rəhbərlik edəcək ilk qadın prezident olub.
Səsvermənin nəticələrinə görə, oğul Xuan Antonio Samaranç (İspaniya) 28, Sebastyan Koe (Böyük Britaniya) isə 8 nəfərin etimadını qazanıb.
Qeyd edək ki, Kirsti Koventri iyunun 24-də öz vəsifəsinin icra etməyə başlyacaq.
İdman.biz