EN

Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin bütün ərazilərini tələb etdi

Rusiya Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin bütün ərazilərini öz tərkibinə qatmaq tələbi irəli sürüb.

Musavat.com xəbər verir ki, bu barədə The Moscow Times nəşri, Kremlin məntiqini yaxşı bilən mənbələrə istinadən məlumat yayıb.

Həmin mənbə qeyd edib ki, Rusiya bu bölgələrin heç birini tam olaraq işğal etməyib, lakin öz konstitusiyasına əsaslanaraq, bu işğalı qanuni olaraq təmin edir. "Konstitusiyada regionların Rusiyanın tərkibindən çıxması üçün heç bir mexanizm yoxdur. Bizə bütün Zaporojye və Xerson bölgələri lazımdır", — deyə The Moscow Times-a yaxın bir mənbə bildirib.

Digər bir mənbə, fəaliyyət göstərən Rusiya məmuru, Kremlin Vaşinqtondan, bəlkə də, Kiyevə təzyiq etməsini və Rusiyanın işğal etdiyi bölgələrdən bütün hərbçilərini çıxarmağını tələb etməsini ümid etdiyini bildirib.

"Məqsədimiz ya Trampın onlara təzyiq göstərməsi, ya da bizə deyilməsi olacaq: 'Uzunmüddətli danışıqlara başlayın və eyni zamanda hərbi gücdən istifadə edərək nəzarət qurmağa çalışın'. Bu bizim üçün ən pis variantdır, çünki çayları keçmək həmişə ağrılı əməliyyatdır", — deyə o qeyd edib.

Mənbə həmçinin əlavə edib ki, Rusiya alternativ olaraq, məsələn, Dnepropetrovsk və ya Sumsk bölgələrindən birini ələ keçirməyə cəhd edə bilər və sonra Xerson və Zaporojye ilə "mübadilə" təklifi irəli sürə bilər.

İsrailli hərbi ekspert David Sharp bildirib ki, Rusiya bu bölgələri hərbi yolla tezliklə ələ keçirə bilməz.

"Ruslar üçün hətta bir neçə kəndi almaq artıq böyük nailiyyətdir. Dnepr çayını keçmək və Xersonu ələ keçirmək, ya da sadəcə Zaporojye şəhərini tutmaq, hansı ki, hər iki sahildə yerləşir, çox böyük bir hadisə olmalıdır. Ya Rusiya ordusu ciddi şəkildə gücləndirilməli, ya da Ukraynanın müdafiəsi tamamilə çökməlidir", — deyə ekspert vurğulayıb. 

 

Musavat.com

Chosen
102
22
musavat.com

10Sources