EN

İllər sonra bir ilk: Saturn planetinin məşhur halqaları "yoxa çıxacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Saturn planeti bu həftəsonu adi görüntüsündən çox fərqlənəcək.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Saturnun məşhur halqaları demək olar ki, görünməz olacaq və Yer planetindən baxdıqda tamamilə yoxa çıxmış kimi görünəcək. Adi gözlə və ya aşağı güclü teleskoplarla müşahidəsi mümkün olmayacaq. Lakin güclü teleskoplardan istifadə etməklə halqalar sadəcə planetin mərkəzindən keçən nazik bir xətt kimi görünəcək.
Alimlər bu səma hadisəsinin müvəqqəti olduğunu və halqaların yenidən görünəcəyini bildirirlər.
Miçiqan Universitetinin Abrams Planetariumunun direktoru Şennon Şmoll qeyd edib ki, bu hadisə əvvəllər 1980, 1995 və 2009-cu illərdə müşahidə olunub.
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) məlumatına görə, Saturn halqalarının qalınlığı orta hesabla 9 metrdir, ən qalın nöqtələrində belə sadəcə 1 kilometrə çatır. Planetin 116000 kilometrlik diametri ilə müqayisə edildikdə, halqalar demək olar ki, kağız qədər nazik struktura malikdir.
Bu nadir təbiət hadisəsini ən aydın şəkildə mart ayının son həftəsində müşahidə etmək olacaq. Halqalar aprel ayı ərzində görünməz qalacaq. Lakin Saturnun öz orbitində hərəkəti ilə halqalar yenidən "peyda olacaq".
Mütəxəssislərin sözlərinə görə, bu astronomik hadisə təxminən hər 13-15 ildən bir təkrarlanır. NASA-nın fikrincə, halqaların növbəti dəfə "yoxa çıxması" 2038 və ya 2039-cu illərə təsadüf edəcək.
NASA-nın məlumatına görə, Saturnun möhtəşəm halqaları sadəcə altı ay ərzində tamamilə gözdən itəcək və növbəti bir neçə ay ərzində görünməz qalacaq.
Mütəxəssislər bunun kosmik fəlakət əlaməti olmadığını, Saturnun Günəş ətrafındakı hərəkəti ilə əlaqəli olduğunu qeyd ediblər.
Chosen
94
50
oxu.az

10Sources