EN

Rusiya XİN: Ukraynanın Moskvadakı səfirliyinin binası toxunulmaz qalacaq

Ukraynanın Rusiyadakı səfirliyinin binası toxunulmaz qalacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib. Onun sözlərinə görə, Rusiya diplomatik münasibətlər üzrə Vyana Konvensiyasına əməl edəcək və torpaq sahəsinin icarə müqaviləsinə xitam verdikdən sonra belə Ukraynanın Moskvadakı səfirliyinin binası toxunulmaz qalacaq.

Diplomat xatırladıb ki, Ukrayna səfirliyinin binalar kompleksinin yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsi Moskva meriyasının Kiyev Şəhər Şurasının Rusiyanın Ukraynadakı səfirliyinin torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi ilə bağlı qərarına cavab olaraq ləğv edilib. “Diplomatiyada qəbul edilən qarşılıqlılıq prinsipi belə işləyir”, deyə o vurğulayıb.

“Torpaq icarəsi müqaviləsinə xitam verilməsi Ukraynanın dövlət mülkiyyətində qalan səfirlik binasının toxunulmazlığına təsir göstərmir. Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına əsasən, diplomatik münasibətlər kəsildiyi halda, qəbul edən dövlət hətta silahlı münaqişə baş verdikdə belə, missiyanın binalarına onun əmlakı və arxivləri ilə birlikdə hörmət etməli və onları qorumalıdır. Bu, eyni dərəcədə Rusiyanın Ukraynadakı diplomatik mülkiyyətinə də aiddir”, deyə Polişçuk əlavə edib

Qeyd edək ki, 2022-ci il fevralın 22-də Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı nümayəndəliklərinin əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün təxliyə edildiyini açıqlayıb. Rusiya prezidenti Vladimir Putin fevralın 24-də səhər saatlarında Ukraynada xüsusi hərbi əməliyyat başlanması haqqında qərar verib. Elə həmin gün Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyası ilə diplomatik münasibətləri kəsdiyini, Ukrayna Xarici İşlər Nazirliyi isə diplomatların təxliyə edildiyini elan edib. O vaxtdan bəri Ukraynanın Moskvadakı və Rusiyanın Kiyevdəki səfirliklərinin binaları boşdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
198
16
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33814
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23994
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18600
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14792
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11589
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11456
Helikopterin qalıqları tapılıb
10853
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7661
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6852
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6294
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5637
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4549
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4314
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3276
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2878
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2302
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2167