EN

Gürcüstan I rübdə Azərbaycandan rekord dəyərdə alüminium idxal edib

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 178 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar idxal edib.

FED.az xəbər verir ki,  Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, ən azından son 15 ildə eyni dövr üçün ən yüksək göstəricisidir və ötən ilin eyni dövrünün göstəricisindən 82 % çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 30 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bu da bir il əvvəlki göstəricidən 3,4 % çoxdur.

3 ay ərzində Gürcüstan Türkiyədən 19,5 milyon ABŞ dolları, Rusiyadan 1,7 milyon ABŞ dolları, Çindən 1,6 milyon ABŞ dolları, İtaliyadan 1,6 milyon ABŞ dolları, Almaniyadan 868 min ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 139 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bunun da 739 min ABŞ dolları Azərbaycanın payına düşüb. (Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
8
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18329
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12909
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10234
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4561
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4230
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3409
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3189
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2735
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2402
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2152
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1650
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1134
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1036
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1012
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1002
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
910
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
810
Arda dubl etdi - VİDEO
805