Bakı,TurkicWorld
Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, 5G sınaq prosesinin davam etdiyini bildirərək, 2026-cı ildə Türkiyə daxilində 5G-nin əlçatan ola biləcəyini deyib.
TurkicWorld xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, Civil Ankara 2025 tədbirində gənclərlə görüşüb.
Nazir Uraloğlu təqdimatında Türkiyənin mega layihələri, nəqliyyat və rabitə investisiyaları haqqında danışdı, beynəlxalq layihələr barədə məlumat verib.
Uraloğlu, 5G ilə internetin 10 dəfə daha sürətli olacağını bildirib.
Həmçinin Uraloğlu, Türkiyənin dəmir yolu şəbəkəsinin 13,919 km-ə çatdığını vurğulayıb.
"Yüksək sürətli qatar xətləri ilə Türkiyənin hər yerinə 48 saata səyahət etmək mümkün olacaq",- deyə nazir bildirib.