RU

Qarlı havadan sonra Azərbaycanda futbol stadionlarında vəziyyət necədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Stadionlarda hər hansı problem yoxdur".
Bunu Oxu.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev deyib. O bildirib ki, stadionlarda vəziyyət normaldır.
"Hazırda göründüyü kimi, hava şəraiti normallaşıb. Stadionlarda hər hansı problem yoxdur. Eyni zamanda, Premyer Liqanın növbəti turuna qədər yetəri qədər zaman kəsiyi var. Azərbaycan Kubokundakı matçlarla bağlı da hər hansı çətinlik görünmür", - deyə S.Abdullayev bildirib.
Qeyd edək ki, yağan qar "Zirə" - "Kəpəz" görüşünün bir gün təxirə salınmasına səbəb olub. "Şamaxı" - "Turan Tovuz" matçı isə qar səbəbindən canlı yayımlanmayıb.
Anar Həsənov
Избранный
724
50
oxu.az

10Источники