Hakan Fidan Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
Türkiyə xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
Operativ Media xəbər verir ki, bu barədə diplomat "X"də paylaşım edib.
"Xocalı Soyqırımının 33-cü ildönümündə həyatını itirən, illər keçməsinə baxmayaraq ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Türkiyə dünən olduğu kimi bu gün də hər zaman əziz Azərbaycanın yanındadır", - nazir qeyd edib.