RU

Rusiya və ABŞ nümayəndə heyətləri İstanbulda görüşəcəklər

Bakı,TurkicWorld

Rusiya və ABŞ nümayəndə heyətləri fevralın 27-də İstanbulda görüşəcəklər.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

Lavrov çərşənbə günü keçirilən mətbuat konfransında Rusya və ABŞ nümayəndə heyətlərinin səfirlik fəaliyyətlərinin normallaşdırılmasını müzakirə etməyi planlaşdırdıqlarını bildirib.

Riyadda keçirilən 4,5 saatlıq görüşdən sonra Rusiya tərəfi, iki tərəfin ən qısa zamanda səfir təyin etməyi qərara aldığını açıqlamışdı.

Rusiya Xarici İşlər Naziri Lavrov, 24 fevralda Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümündə Ankaraya bir səfər edib və burada Türkiyə Prezidenti Ərdoğan və Xarici İşlər Naziri Fidan ilə görüşüb.

"ABŞ ilə dialoq kanallarımızın həmişə açıq olmasını təmin etmək üzrə razılaşdıq. ABŞ ilə demokratik maneələrlə qarşılaşmayacağımıza ümid edirik",- deyə Lavrov bildirib.

Избранный
109
25
turkic.world

10Источники