RU

Qvardiola De Bröynenin MS-dəki gələcəyi haqda danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne haqda sualı cavablayıb.

Arena.az xatırladır ki, mətbuatda, cari mövsümün sonunda “şəhərlilər”in, bir çox futbolçusunun xidmətindən imtina edəcəyi, həmçinin De Bröynenin də bu sırada olduğu – belçikalı futbolçu ilə müqavilə müddətinin uzadılmayacağı haqda xəbərlər var.

“O, müstəsna bir oyunçudur, belə olub, belədir və belə də olacaq. Nə baş verəcəyi əsasən ondan və klubdan asılıdır”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Son aylarda zədədən əziyyət çəkməsinə rəğmən, cari mövsümdə De Bröyne “Mançester Siti” üçün bütün yarışlarda 27 oyun keçirib, 3 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Kevin De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 409 oyun, 105 qol və 173 məhsuldar ötürmədən ibarətdir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 107 oyun keçirib. Yarımmüdafiəçi bu oyunlarda 30 qol vurub, 50 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Избранный
83
30
arena.az

10Источники