RU

Azərbaycan Kuboku: "Zirə" "Araz-Naxçıvan"a, "Neftçi" "Kəpəz"ə qarşı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, bu gün iki qarşılaşma ilə 1/4 final mərhələsinə yekun vurulacaq.

Günün ilk matçında "Zirə" "Araz-Naxçıvan"ı qonaq edəcək. İlk matç Naxçıvan təmsilçisinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər qarşılaşmada isə ilk oyunu 2-0 hesabı ilə qazanan "Neftçi" "Kəpəz"i sınağa çəkəcək.

Azərbaycan Kuboku

1/4 final mərhələsi, cavab oyunları

28 fevral

16:00 Zirə – Araz-Naxçıvan

İlk oyun 0:1

Zirə İdman Kompleksinin stadionu

19:30 Neftçi – Kəpəz

İlk oyun 2:0

“Neftçi Arena”

Избранный
72
4
operativmedia.az

4Источники