Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb.
Titul.az xəbər verir ki, bu barədə Trend-ə məlumatı siqaret satışı ilə məşğul olanlar verib.
Bildirilib ki, artıq bu barədə siqaret satışı ilə məşğul olan şirkətlər onları məlumatlandırıb.
Məlumata görə, "LD", "Winston", və "Sobranie" (bir neçə çeşidinin) qiyməti 0,20 qəpik bahalaşıb.
"Kent" markalı siqaretlərin də bahalaşacağı gözlənilir.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!