1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Nepalın "The Kathmandu Post" nəşri oxucularına xəbər verir ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-24-də Azərbaycana rəsmi səfər edib.
Mənbə bildirir ki, bu səfər hər iki ölkə arasında dostluq və əməkdaşlığın davamlı olaraq gücləndiyini göstərir. Pakistan və Azərbaycan tarixən ortaq dini və mədəni dəyərlərə malik olmaqla yanaşı, müxtəlif sahələrdə əməkdaşlıq edir.
Belarusun "Belta" nəşri xəbər verir ki, Belarus-Azərbaycan əlaqələri dostluq və əməkdaşlıq əsasında inkişaf edir. Mənbə qeyd edir ki, bu barədə Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədr müavini Vadim İpatov bildirib. "Bir çox əməkdaşlıq layihələri ilk növbədə vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlib.
Bunlar qarşılıqlı əlaqənin yeni səviyyəsinə çıxmağa imkan verən layihələrdir", - deyə Vadim İpatov qeyd edib. Bolqarıstanın "Nova.news" nəşri xəbər verir ki, Azərbaycan və Rusiya İrana qaz kəmərinin tikintisini müzakirə edib.
Məlumata görə, Rusiyanın energetika naziri Sergey Tsivilev Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə danışıqlar aparıb. Bildirilib ki, tərəflər texnoloji həllərin mübadiləsində qarşılıqlı fəaliyyəti, enerji və yanacaq kompleksinin bütün sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər.
Ətraflı Baku TV-nin süjetində: