RU

Demans riskini azaldır: Həftədə cəmi 35 dəqiqə kifayətdir!

Demans riskini azaldır: Həftədə cəmi

Yeni araşdırmalar göstərir ki, müntəzəm fiziki fəaliyyət beyin sağlamlığını qoruyur və demans riskini əhəmiyyətli dərəcədə azaldır. Johns Hopkins Universitetinin apardığı tədqiqata görə, həftədə cəmi 35 dəqiqə orta və ya intensiv idman edən insanlarda demans riski 41%, həftədə 140 dəqiqə və daha çox məşq edənlərdə isə 69% azalır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, nevrologiya mütəxəssisi Prof. Dr. Talip Asil bildirir ki, demans və xüsusilə Alzheimer xəstəliyi yaşlı insanların həyat keyfiyyətini ciddi şəkildə azaldır. Ancaq idman və sağlam həyat tərzi bu riski azaltmağa kömək edə bilər. Hətta gündə cəmi 5-10 dəqiqə fiziki aktivlik beyin sağlamlığını dəstəkləmək üçün kifayətdir.

Bununla yanaşı, sağlam qidalanma və müntəzəm həkim müayinəsi də vacibdir. Xüsusilə Aralıq dənizi pəhrizi, yəni meyvə, tərəvəz, balıq və sağlam yağlarla zəngin qidalanma beyin funksiyalarını qorumağa kömək edir. Diabet və yüksək təzyiq kimi xəstəliklər nəzarətdə saxlanmalı, oturaq həyat tərzindən uzaq durulmalıdır.

Kiçik addımlarla böyük fərq yaratmaq mümkündür! Gündəlik qısa gəzintilər və fiziki fəaliyyət vərdişi beynin uzunmüddətli sağlamlığı üçün vacib rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
43
e-saglam.az

1Источники