RU

Dieqo Simeone: “Real”la oyunun taleyini xırda xüsuslar həll edəcək”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalının “Real”la ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az argentinalı mütəxəssisin oyuna həsr edilmiş mətbuat toplantısında səsləndirdiyi müvafiq fikri təqdim edir:

“Müvafiq çaplı oyunlarda məsələni ən xırda xüsuslar həll edir. Biz bunu “Real”la oyunlarda artıq görmüşük, həm onlar və həm də bizim üçün. Cari mərhələdə həlledici əhəmiyyəti xüsuslar kəsb edir. Hər şeyin öhəsindən yaxşı gəlmiş komanda yoluna davam edəcək. Bizi böyük rəqibə qarşı oyun gözləyir”, deyə “El-Çolo” ləqəbli Dieqo Simeone vurğulayıb

Xatırladaq ki, hakim “Real – “Atletiko” oyununun başlanğıc fitini martın 5-i saat 00:00-da səsləndirəcək.

Избранный
35
arena.az

1Источники