
Səhərinizi limon və zərdəçal əlavə olunmuş ilıq su ilə başlamaq bədəninizi enerjiləndirir və detoks təsiri göstərir. Limonun C vitamini, zərdəçalın güclü antioksidanları və ilıq suyun nəmləndirici təsiri sağlamlığınızı dəstəkləyir.

E-saglam.az xəbər verir ki, zərdəçaldakı kurkumin iltihab əleyhinə xüsusiyyətlərə malikdir, lakin bədənin onu yaxşı mənimsəməsi üçün isti su və bir çimdik qara bibər əlavə etmək tövsiyə olunur. Bu qarışım həzmi yaxşılaşdırır, şişkinliyi azaldır və bağırsaq fəaliyyətini tənzimləyir.
Təbii detoks: Limon qaraciyərin fəaliyyətini dəstəkləyir, zərdəçal isə toksinlərin atılmasını sürətləndirir.
Dərinin parlaqlığı: Güclü antioksidantlar dərini təmizləyir, sızanaqları azaldır və sağlam görünüş bəxş edir.
Əhval-ruhiyyəni yüksəldir: Limonun təravətləndirici təsiri və kurkuminin xoşbəxtlik hormonlarını artırma qabiliyyəti günə pozitiv başlanğıc verir.
Diqqət edilməli məqamlar: Həddindən artıq zərdəçal həzm pozğunluğuna səbəb ola bilər. Dərman qəbul edirsinizsə və ya sağlamlıq problemləriniz varsa, həkimlə məsləhətləşin.
Tərcümə: Könül Oruc