RU

“Barselona”nın hücumçusu “Liverpul”da Salahı əvəz edə bilər


“Barselona”nın braziliyalı cinah oyunçusu Rafinya “Liverpul”un diqqətini çəkir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin məlumatına görə, 28 yaşlı futbolçu İngiltərə nəhəngləri tərəfindən müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Məhəmməd Salahın əvəzedicisi kimi nəzərdən keçirilir. İspaniya nəhəngi futbolçunu təxminən 100 milyon avroya sata bilər.
Xatırladaq ki, bu mövsüm braziliyalı hücumçu bütün turnirlərdə 38 matçda iştirak edib, 24 qol vurub və 18 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.
Избранный
81
1
yeniavaz.com

10Источники