RU

Anası tərəfindən döyülən az yaşlı AUİB-ə yerləşdirildi

Günlərdir anası tərəfindən döyülən az yaşlı "Azərbaycan Uşaqları" İctimai Birliyinin (AUİB) nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirildi. 

Missiya.Az xəbər verir ki, bu barədə AUİB-nin mətbuat katibi Rüfət Zəkizadə bildirib. 

"Azərbaycan Uşaqları" İctimai Birliyinin dövlət qurumlarına müraciəti əsasında azyaşlının yeri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi,Suraxanı Rayon İcra Hakimiyyəti, Sosial Xidmətlər Agentliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə müəyyənləşdirilərək təhlükəsizliyinin təmin edilməsi və hüquqlarının müdafiə olunması məqsədi ilə Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. 

Təşkilat tərəfindən müraciət edilərək uşaq ilkin tibbi qiymətləndirilmələrdən keçirilib. Sığınacaqda azyaşlının ilkin ehtiyacları qarşılanıb. Uşağın bədənində döyülmə izləri müşahidə olunur.

Избранный
40
missiya.az

1Источники