RU

Çempionlar Liqasında günün hesabatı: Rekordlar, ilklər

Çempionlar Liqasında (ÇL) 1/8 finalın ilk oyunlarına start verilib.

İdman.biz xəbər verir ki, ilk gündə 4 matç baş tutub.

Bu görüşlər bəzi statistik məqamlarla əlamətdar olub. İFFHS günün rekordları və ilkləri bağlı hesabat hazırlayıb.

PSV – “Arsenal” - 1:7

- “Arsenal”ın ÇL-in tarixində (1992-ci ildən) pley-off mərhələsi matçında səfərdə “7+” qol vuran ilk komanda olub.

- “Arsenal” 1970-ci ildə “Uoterford”a 7:0 hesabı ilə qalib gələn “Seltik”in ardından Çempionlar kuboku/Çempionlar Liqasında (ÇK/ÇL) 1/8 final və sonrakı mərhələlərdə səfərdə “7+” qol vuran ilk komandadır.

- “Arsenal” avrokuboklarda sonuncu dəfə 1993-cü ilin noyabrında Kuboklar kubokunda “Standard”a 7:0 hesabı ilə qalib gələndə səfərdə bu qədər çox qol vurmuşdu.

- İngiltərə komandaları avrokuboklarda səfər oyununda 3-cü dəfə “7+” qol vurub. Bunadək 2 dəfə belə hadisə yaşanıb.
17.10.2017. “Maribor” – “Liverpul” – 0:7
12.10.2022. “Reyncers” – “Liverpul” – 1:7

- “Arsenal” 2005/06 mövsümündən sonra ilk dəfə ÇL-in bir mövsümündə ardıcıl 5 qələbə qazanıb.

- “Arsenal” ÇL tarixində pley-off mərhələlərinin səfər görüşündə 6 fərqli futbolçusu qol vuran (avtoqol istisna olmaqla) ilk komanda olub.

- Etan Nvaneri 2005-ci ilin martında “Bavariya”ya qarşı 17 yaş 309 günlüyündə oynayan Sesk Fabreqasdan sonra ÇL-in pley-off mərhələsində oynayan 2-ci ən gənc “Arsenal”lıdır - 17 yaş 348 gün.

- O, həm də Cud Bellinqem və Fil Fodendən sonra ÇL-in pley-off mərhələsi oyununa 18 yaşından aşağı çıxan 3-cü ingilis futbolçusudur.

- PSV tarixində ilk dəfə (bütün turnirlərdə) evdə 6 top fərqi ilə məğlub olub.

- Ümumilikdə, bu, daha 3 matçla birlikdə (bütün yarışlarda) klub tarixində ən ağır məğlubiyyətdir. Bütün görüşlər səfərdə baş tutub.
May 1958: QVAV – 1:7
İyun 1960: “Feyenoord” – 1:7
Noyabr 1979: “Sent Etyen” – 0:6

- PSV 2014-cü ilin mart-aprel aylarından sonra ilk dəfə bütün yarışlarda ardıcıl 3 oyunda uduzub.

“Real” – “Atletiko” – 2:1

- Xulian Alvares 2010-cu ildə Dieqo Forlan və 2017-ci ildə Antuan Qrizmanndan sonra “Santyaqo Bernabeu”da “Real”a qarşı ardıcıl 2 derbidə qol vuran üçüncü “Atletiko” futbolçusudur.

- Xulian Alvares “Atletiko”dakı ilk ÇL mövsümündə 7 qol vurub. ÇK/ÇL-də yalnız 2 oyunçu daha çox qol vurub: Vava 1958/59-da 8, Dieqo Kosta 2013/14-də 8 top.

- Rodriqo ÇL tarixində 25 qol vuran ən gənc 5-ci oyunçu olub - 24 yaş 54 gün. O, dörd futbolçudan geri qalıb:
Erlinq Haland - 22 yaş 47 gün
Kilian Mbappe - 22 yaş 80 gün
Lionel Messi - 22 yaş 286 gün
Raul - 23 il 252 gün.

- “Real” ÇK/ÇL-də təsnifat oyunları daxil olmaqla 500-cü matçını keçirən ilk komanda olub

- “Real” ÇL-in pley-off mərhələlərində keçirdiyi son 18 oyunun yalnız 1-də məğlub olub - 12 qələbə, 5 heç-heçə. Madrid təmsilçisi son 10 görüşdə məğlub olmayıb - 5 qələbə, 5 heç-heçə. Son belə məğlubiyyət 2022/23 yarımfinalında “Mançester Siti” ilə səfər matçına təsadüf edib - 0:4.

- “Atletiko” 2016-cı ilin fevralında səfərdə 1:0 hesablı qələbə qazandıqdan sonra “Real”ın meydanında 12 derbidə qələbə qazana bilməyib: 6 heç-heçə və 6 məğlubiyyət.

- Bu, “Atletiko”nun derbilərdəki ən pis səfər seriyasının təkrarıdır. Komanda 2003-2012-ci illər arasında da 12 matçda qələbə qazana bilməyib.

“Brügge” – “Aston Villa” - 1:3

- “Aston Villa” ÇL-də keçirdiyi son 4 oyunun 3-də 3-cü dəqiqədə qol vurub:
Con MakQinn – “Leypsiq”ə 2'33''
Morqan Rocers – “Seltik”ə 2'33''
Leon Beyli – “Brügge”yə 2' 16''.

- Bu, 1983-cü ilin 1/4 finalında “Yuventus”la matçda fərqlənən Peter Uaytdan sonrakı 42 ildə “Aston Villa”nın ÇK/ÇL-in pley-off oyununda ilk qolu olub.

- Marko Asensio əvvəlki klubu PSK-də keçirdiyi son 44 oyunda 5 qol vurmuşdusa, “Aston Villa”da keçirdiyi son 4 matçda da 5 dəfə fərqlənib.

“Borussiya” D - "Lill" - 1:1

- “Lill” tarixində ilk dəfə ÇL-in pley-off mərhələsində uduzmayıb. Bu, 5-ci belə matç olub.

- Conatan David (“Lill”) cari mövsüm ÇL-də 8 qolda iştirak edib - 6 qol, 2 məhsuldar ötürmə. PSJ-ni saymasaq, bu, 2009/10 mövsümündə Miralem Pyaniçin "Lion"la heyətində imza atdığı göstəricidən (4 qol, 4 məhsuldar ötürmə) ən yaxşı nəticədir.

İdman.biz

Избранный
32
idman.biz

1Источники