Bakı. Trend:
5 aprel 2025-ci il tarixində İsveçrənin Cenevrə şəhərindəAzərbaycan milli rəqsləri üzrə ustad dərsləri təşkil olunacaq.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, dərslər İsveçrə Azərbaycanlıları KoordinasiyaŞurasının üzvü Mariya Xan-Xoyskaya Martinyolinin rəhbəri olduğu“İRS” rəqs qrupunun təşkilatçılığı, Azərbaycandan dəvət olunmuşrəqqas Firuz Əlövsətovun iştirakı ilə baş tutacaq.
Dərslər böyüklər və 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdətutulur. Birinci dərsdə iştirakçılara “Naz eləmə”, ikinci dərsdəisə Azərbaycan mədəni irsinə dərin kök salmış “Yallı” rəqsiöyrədiləcək.
Azərbaycan dilində keçiriləcək ustad dərsləri iştirakçılar üçüningilis və fransız dillərinə də tərcümə ediləcək.
Sözügedən ustad dərsləri ilə bağlı İsveçrə mediasında da məlumatpaylaşılıb:
https://www.associationakhtar.com/avenir
https://www.geneve.ch/agenda/journee-decouverte-danses-azerbaidjan