RU

Enerji içkilərinin dəhşətli fəsadları: bu xəstəlikləri yaradır - Araşdırma

Xəbər verdiyimiz kimi, millət vəkili Hikmət Babaoğlu enerji içkilərin qadağan edilməsi təklifi ilə çıxış edib. O bildirib ki, enerji içkilərinin satışı və istifadəsi insan hüquqlarının pozulması kateqoriyasına daxil edilməlidir: “Enerji içkilərindən istifadə edənlərin 23-25 yaşlarında şəkər xəstəlikləri baş qaldırır, tükənməzlik sindromu özünü biruzə verir. Bu isə demoqrafik proseslərə təsir edir və onların övladları olmur. Bu, çox dəhşətli bir şeydir. Enerji içkiləri genefondu qurutmaq üçün xüsusi düşünülmüş səssiz müharibə vasitələrindən biridir”. Mütəxəssislər deyir ki, enerji içkilərinin tərkibində kafein, taurin, ginsenq, quarana kimi zərərli əlavələr qatılır. Kafein əsas tərkib maddəsidir və onun miqdarı çay, ya da kofedəkindən 3-5 dəfə artıqdır. Enerji içkilərinin hazırlanmasında istifadə olunan quaranada yüksək miqdarda kafein, teofilin, teobromin var. Bu maddələr ürək vurğularının sayını artırır, təzyiqi qaldırır, ürəyin yığılmasını qüvvətləndirir, aritmiyalara səbəb olur. Normadan artıq enerji içkisi qəbul edənlərdə "kafein zəhərlənməsi" yaranır. Həkim nevroloq Jalə Qarayevanın sözlərinə görə, təəssüf ki, bu gün gənclər və yeniyetmələrlə yanaşı, yaşlı nəslin nümayəndələri də enerji ikilərindən istifadə edir. Bununla da onlar orqanizmlərinə ciddi zərər vurur, sağlamlıqlarını təhlükə qarşısında qoyurlar:Bakupost.az“Enerji içkilərinin tərkibindəki kofeinin həddindən artıq qəbulu ürək döyüntüsü, piylənmə, ürək bulanması, yuxusuzluq, əsəbilik, qusma, yüksək qan təzyiqi, qıcolmalara səbəb olur. İnsanlar bu içkiləri enerji verdiyi, oyaq tutduğu, konsentrasiyanı və atletik performansı artırdığını düşündükləri üçün içirlər. Ancaq onları gözləyən təhlükələrdən xəbərsizdirlər. Enerji içkiləri qan təzyiqini yüksəldir, ürək damarlarının büzülməsinə, ürəyin qidalanmasının azalmasına, infarkta, qan laxtalanma qabiliyyətinin artmasına, əllərdə titrəməyə, yuxusuzluğa, əsəbiliyə, ürək bulanma və qusmaya, ciddi aritmiyalara və hətta ani ölümə səbəb olur”. Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, energetik içkilərin tərkibində tonuslandırıcı maddələr var ki, bunlar, xüsusilə də kofein insan həyatı üçün təhlükəlidir. Bu maddələrin qəbulu böyüməkdə olan orqanizm üçün risklidir. Belə ki, ürəyi həddən artıq gücə salır və ürək döyünmələrini artırır. Ürəyin ritmi artığı üçün ürək əzələsi yorulur. Bu gün ürəkdə olan müxtəlif qüsurların və bəzi ürək pozuntularının səbəblərindən biri də bu cür içkilərin həddən ziyadə istifadə olunmasıdır: Bakupost.az“Uşaqlara energetik içkilərdən istifadə qadağan olunmalıdır. Valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Çünki hansısa qərar qəbul olunsa belə, içki evə daxil olursa, bundan istifadə edənlər olacaq. Valideynlər uşaqları bu içkilərdən çəkindirməlidirlər. Uşaqlar bunu başa düşmür və təhülkəni hiss etmirlər”. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın dediyinə görə, enerji içkilərinin tərkibindəki yüksək şəkər və kofein, kimyəvi maddələr orqanizmin funksiyalarını pozur:Bakupost.az“Enerji içkilərinin digər rəngli, qazlı içkilər kimi zərərləri var. Eyni zamanda təbii olmayan jenşen, yaxud quarana kimi bitkilərdən istifadə edirlər. Onlar kimyəvi, sintetik maddələrdən hazırlandığı üçün içdikdə heç də orqanizmə enerji vermir. Əksinə, orqanizmin günlük enerjisini 10-15 dəqiqə ərzində süni şəkildə oyadır, aktivləşdirir və o müddətdən sonra enerji birdən-birə aşağı düşür. Belə olduqda da insanlarda həmin içkilərdən asılılıq yaranır”.Ekspert vurğulayıb ki, sözügedən içkilər xüsusilə 18 yaşa qədər insanlarda əqli inkişafın qarşısını alır, yaddaşsızlıq, azheimer kimi xəstəliklərə səbəb olur: “Bu içkilərin tərkibində süni dadlandırıcılar, kofeinin yüksək olması orqanizmin zəhərlənməsinə, dişlərin çürüməsinə, kalsium əskikliyinə gətirib çıxarır. Tərkibindəki jenşen cinsi yetişkənlik zamanı düzgün inkifaşın qarşısını alır, orta yaşlarda cinsi fəaliyyəti zəiflədir. Bu da gələcəkdə sonsuzluğa, uşaqların xəstə doğulmasına səbəb olur. Bununla yanaşı, daha bir aldadıcı məqam həmin içkilərin tərkibində B qrup vitaminlərin çox olması ilə bağlıdır. Bu, yanlışdır. İnsanlar normal şəkildə qidalansa, bu vitaminləri təbii şəkildə alacaq. İçkinin üzərində yazılanlar heç də onun tərkibini əks etdirmir, bunlar sadəcə biznes marağı və hiylədir”. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, enerji içkilərinin reklamı qadağan olunmalıdır: Bakupost.az “Enerji içkilərinin reklamı yığışdırılsa, o zaman insanlar indiki qədər onlardan alıb içməyəcəklər. Reklam güclü təsiredici vasitədir. Bu içkiləri reklam etməklə ondan istifadə edənlərin sayını artırmış oluruq”. 

Избранный
58
turanpress.com

1Источники