RU

Yamal bu ulduz futbolçunun transferini xahiş etdi -

"Barselona" ilə yeni müqavilə imzalamaq barədə razılığa gələn Lamine Yamal barədə maraqlı iddia irəli sürülüb. Metbuat.az xəbər verir ki, Yamal klub rəhbərliyindən İspaniya millisindəki komanda yoldaşı Niko Uillyamsın transfer edilməsini xahiş edib. Niko Uillyamsla dost olan Yamal onunla klubda da birlikdə oynamaq istəyir. "Elnacional"da dərc edilən xəbərə görə, rəhbərlik transferin reallaşmasını dəstəkləyib.

Qeyd edək ki, mövsümün əvvəlində “Barselona” Niko Uillyamsı transfer etmək istəsə də, futbolçu “Atletik Bilbao”da qalmağa üstünlük vermişdi. Transferin mövsümün sonunda 60 milyon avroya reallaşa biləcəyi deyilir. Lamin Yamalın da klubu ilə müqaviləsini 2030-cu ilə qədər artırmaq barədə razılığa gəldiyi deyilir.

Избранный
25
metbuat.az

1Источники