“Liverpul” iki aparıcı futbolçusu Məhəmməd Salah və Vircil van Deyklə bağlı qərarını verib.
Msport.az xəbər verir ki, “qırmızılar” onları komandada saxlamağa ümid edir.
“Mersisaydlılar” əsas futbolçuları ilə müqaviləni uzatmaq məsələsində optimistdirlər. Həm Salah, həm də van Deyk klubda qalmaq istəyir.
Bundan əlavə, “Liverpul” Trent Aleksander-Arnoldla da yeni müqavilə imzalamaq istəyir. Lakin onun ayrılma ehtimalı niderlandlı və misirli futbolçuya nisbətən daha yüksəkdir. Digər tərəfdən, hələlik yekun qərar verilməyib.