RU

Rıza Çalımbay “Sivasspor”a qayıtdı

Türkiyənin Super Liqa təmsilçisi “Sivasspor”un yeni baş məşqçisi bəlli olub.

“Cebheinfo.az” xəbər verir ki, Sivas klubu sabiq baş məşqçisi Rıza Çalımbayı geri qaytarıb.

Beləliklə, təcrübəli çalışdırıcı üçüncü dəfə komandanın başına keçib. Klub “Yuvana xoş gəldin, Rıza Çalımbay” mesajı ilə təyinatı açıqlayıb.

Qeyd edək ki, R.Çalımbay 2010-2013-cü və 2019-2023-cü illərdə “Sivasspor”un baş məşqçisi olub. O, toplamda 7,5 il bu komandaya rəhbərlik edib.

Избранный
52
cebheinfo.az

1Источники