RU

Simonov təsnifatın qalibi kimi Dünya kubokunun finalında

Nikita Simonov Bakıda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda halqalar növündə təsnifat mərhələsinin qalibi olub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının lideri, Avropa çempionatının gümüş mükafatçısı hakimlərdən 14.200 xal alıb və ən yaxşı göstərici ilə finala vəsiqə qazanıb.

Simonov Almaniyanın Kottbus şəhərində keçirilən Dünya kubokunun ilk mərhələsində də halqalarda gümüş mükafatçı olub.

Qeyd edək ki, bu gün həmçinin təsnifatda səkkizinci olan Dəniz Əliyeva qadınların dayaqla tullanma yarışında finala yüksəlib.

İdman.biz

Избранный
66
1
idman.biz

2Источники