RU

"Amerika 80 illik müttəfiqlərindən kənarlaşma xəttini tutub" - ŞƏRH EDİLDİ

"Putinlə Tramp arasında telefon danışığı ciddi şəkildə dünyada siyasi proseslərə təsir etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, faktiki olaraq bu son üç ildə izolyasiya şəraitində olan Rusiyanın izolyasiyadan çıxması deməkdir: "Bundan sonra danışıqlar başlandı və dünya siyasətində ciddi bir dəyişiklik görməkdəyik. Belə ki, Amerika 80 illik müttəfiqlərindən faktiki olaraq kənarlaşma xəttini tutub. Ukraynadakı savaşda Rusiyanın maraqlarına uyğun bir proses aparılmağa cəhd edilir.

Görünən odur ki, bundan sonrakı dönəmdə də Amerikanın siyasəti Rusiya ilə münasibətlərini normallaşdırmaq, Avropanın təhlükəsizliyi ilə bağlı Avropaya verdiyi təminatlardan müəyyən qədər geri çəkilməklə Avropanın özünün və təhlükəsizliyi ilə digər məsələlər ilə bağlı problemlərini özünün həll etməsini və NATO üzrə ödəmələrdə ümumdaxili məhsulun 5 faizinə qədər hərbi xərclərin artırılması kimi məsələləri Avropanın boynuna yükləməklə müəyyən qədər öz yükünü azaltmağa çalışmaqdır. Eyni zamanda Rusiyanın anlaşma baş tutacaqsa, bu dünyadakı proseslərdə faktiki olaraq Rusiyanın təsir imkanlarının artmasına gətirəcək.

Rusiya hakimiyyətində hesab edirlər ki, Tramp və Zelenski arasındakı bu ziddiyyətlər səbəbindən Ukraynadakı müharibənin dayandırılması ilə bağlı çətin danışıqlar ikinci plana keçə bilər. Bunun əvəzinə, ABŞ və Rusiya arasında qapalı müzakirələr çərçivəsində artıq müzakirə olunan bir sıra iqtisadi razılaşmalar daha ön plana çıxacaq. Bundan başqa hər iki ölkə Arktikanın istismar edilməsi ilə bağlı razılaşmalar əldə edə bilərlər. Amerika Rusiya yaxınlaşması dünyada siyasi konfiqurasiyada ciddi dəyişikliklərə gətirib çıxaracaq".

Müəllif: Söylü Ağazadə
Избранный
33
sia.az

1Источники